11-ci sinif şagirdləri ilə keçirilən dəyirmi masa

 Bu il BMT-nin Baş Məclisi tərəfindən qəbul edilmiş Uşaq hüquqları haqqında Konvensiyanın ölkəmiz tərəfindən radifikasiya edilməsinin 30 ili tamam olur.Bu məqsədlə Ombudsman tərəfindən 20 oktyabr-20 noyabr tarixləri “Uşaq hüquqları aylığı”elan edilmişdir.Aylıq çərçivəsində 15 noyabr 2022-ci ildə məktəbin təlim tərbyə işləri üzrə direktor müavini Cəfərova Aidə və tərbiyə işi üzrə direktor müavini Quluzadə Aytəkin 11-ci sinif şagirdləri ilə dəyirmi masa keçirdi. Dünyada uşaq hüquqlarının pozulması,onlara qarşı edilən haqsızlıqlar və zorakılıqlar  barəsində geniş söhbət  apardılar. 

11 b sinif  şagirdi  Məmmədova  Röyanın  bu mövzuya aid çəkdiyi  rəsminin təqdimatı oldu və rəsm ətrafında müzakirə aparıldı.Şagirdlər fikirlərini söylədi, müasir dövrümüzün  uşaqlarının qarşılaşdığı problemlər müzakirəyə qoyuldu.Gələcəklə bağlı plan və arzuları haqqında hərə öz fikrini söylədi.

Sonda müəllimlərimiz möhtərəm prezidentimiz İlham Əliyevin gənclərimizin  yüksək səviyyədə  təhsil almağı daima  diqqət mərkəzində saxladığını və bu istiqamətdə geniş işlər apardığını xüsusi ilə vurğuladı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi