“Ən fəal oxucular”

29.11.2016-cı il tarixdə məktəbin kitabxanasında “Ən fəal oxucular” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə məktəbin tərbiyə işləri üzrə direktor müavini A.Quluzadə, ədəbiyyat müəllimləri A.Məmmədova, İ.Məmmədova, psixoloq G.Aslanova, kitabxana işçiləri və V-XI sinif şagirdləri iştirak edirdilər. Kitabxana müdiri Güldanə Rəhimova bütövlükdə məktəb kollektivinə kitabla xidmət haqqında kitabxananın rolu barədə danışdı. 5b sinif şagirdlərindən Saleh Əliyev, Məcid Əhmədov, Aydın Yolçuyev, 7-ci sinif şagirdlərindən Ülvi İbrahimov, Gülnar Kərimova, Fərqanə Quliyeva, Nigar Abdullayeva, 8-ci sinif şagirdlərindən A.Kərimli, Xəyal Şərifli, Murad Ağazadə, 9-cu sinifdən Nəzrin Ağayeva, Könül Bayramova, 10-cu sinif şagirdlərindən Tahirə Qasımova, Ruqiyyə Bayramova, 11-ci sinif şagirdlərindən Röyalə Abbasova çıxış etmişdilər. Onlar oxuduqları bədii əsərlərdən, onların müəlliflərinin həyat və yaradıcılığından, əsərlərin ideya məzmunundan danışdılar. Tədbirin sonunda tədbirin qaliblərinə kitab mükafatı verilmişdir. Tədbir məktəbin akt zalında keçirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi