"Bayraq Günü" qeyd olundu

2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmişdir. Əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.
1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: "Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin".
06.11.2022-ci il tarixində 9 Noyabr Dövlət Bayraq Günü məktəbimizdə də qeyd olundu.Şagirdlərin ifasında bayrağa aid mahnı və şeirlər söyləndi.Məktəbin direktoru Nizami Niftiyev çıxış edərək dövlət rəmzimiz olan bayraq haqqında geniş məlumat verdi.Hər bir vətəndaş öz bayrağını qorumalı, uca tutmalıdır.
Sonra məktəbimizin şagirdləri rayonumuzun və qəsəbəmizin şəhidlərinin xatirəsinə salınmış bulaq və abidəni yad etdilər.