Pedoqoji Şura iclası keçirildi.

05.11.2022 - ci il tarixdə məktəbin fəaliyyət planına uyğun Pedaqoji Şura iclası keçirildi.
İlk olaraq Vətən müharibəsində canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Məktəb Pedaqoji Şura iclası məktəbin direktoru Nizami Niftiyevin çıxışı ilə başladı. O,pedaqoji heyəti salamladı və ardınca gündəlikdə olan məsələlər haqqında müəllimləri məlumatlandırdı.
2022-2023-ci dərs ilində məktəbdə IX-XI siniflər üzrə mərkəzləşdirilmiş qaydada aparılacaq buraxılış imtahanlarına hazırlıq, şagirdlərin rayon,respublika fənn olimpiadalarına hazırlığı və digər məsələlər müzakirə edildi. İclasda direktor müavinlərinin,müəllimlərin çıxışları dinlənildi.
Pedaqoji Şuranın məqsədi pedaqoji kollektivin hər bir üzvünü müəssisənin idarə olunmasına fəal cəlb etməklə demokratik şəraitdə qarşıda duran aktual məsələləri müzakirə etməkdən ibarət idi.