Diplomların təqdim edilməsi

19.10.2022-ci il tarixdə məktəbin direktoru Nizami Niftiyev 14 oktyabr 2022-ci il tarixdə Suraxanı Rayon " Gənclər İdman İdarəsi "və "Gənclər Evi"nin təşkilatçılığı ilə 27 Sentyabr " Anım Günü" nə həsr olunmuş, Suraxanı rayon 8-ci sinif məktəb komandaları arasında "Qarabağ Azərbaycandır"- "İşğaldan azad olunmuş torpaqlarımız" mövzusunda "Bilik Yarışı"ında 34 məktəb arasından II yeri qazanmış məktəbimizin komandasının üzvlərinə diplomlarlar və 12 oktyabr 2022-ci il tarixdə "Sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması və təbliğinin təşkili istiqamətində yeniyetmələrin maarifləndirilməsi" başlığı altında təlimdə iştirak edən 11 c sinif şagirdlərinə sertifikatları təqdim etdi və onlara uğurlar arzuladı.