“Bəşəriyyətə sülh gərək”

21.09.2022-ci il tarixindəktəbimizdə 21 sentyabr-Beynəlxalq Sülh Günü ilə əlaqədar tədbirlər keçirilib.Şagirdlərə sülh mədəniyyəti, vətənpərvərlik, adət-ənənələrə hörmət ruhu aşılamaq, onların bədii-estetik səviyyələrini yüksəltmək məqsədilə keçirilən Beynəlxalq Sülh Günündə sülhə müxtəlif dillərdə çağırış olundu. Müxtəlif aforizmlər səsləndirildi.
Şagirdlərə ölkəmizdə ənənəvi olaraq 21 avqust–21 sentyabr tarixlərində keçirilən “Sülh aylığı” çərçivəsində görülən işlərdən danışılıb, Beynəlxalq Sülh Gününün yaranma tarixi barədə şagirdlərə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu əlamətdar gün BMT Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ilə təsis edilib.
“Bəşəriyyətə sülh gərək”, kimi mövzusunda keçirilən tədbirdə çıxış edənlər sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, müharibələrin, hər cür zorakılığın dayandırılması arzusunun tarix boyu bəşəriyyəti düşündürdüyünü və sülhsevərliyi ilə fərqlənən Azərbaycan xalqının da sülh şəraitində yaşamaq arzusunda olduğunu qeyd ediblər.