Pedaqoji şura 2022/2023

13 sentyabr 2022-ci il tarixində 196 nömrəli tam orta məktəbdə 2022/2023-cü tədris ilinə dair pedoqoji şura iclası keçirildi. İclasda məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Aidə Cəfərova məktəbin keçən tədris ilindəki uğurlarından danışaraq pedoqoji kollektivə yeni dərs ilində uğurlar arzuladı. Daha sonra Aidə müəllimə pedaqoji şuranın gündəlik məsələləri ilə tanış etdi. Pedaqoji şurada metodbirləşmə sədirlərinin hesabatı, IX və XI sinif şagirdləri buraxılış imtahan nəticələri, məktəbdaxili monitorinq imtahanlarının nəticələri, təhsildə keyfiyyət ili çərçivəsində mövcud planın və görülmüş işlərin müzakirəsi, məktəbin illik fəaliyyət planının icra vəziyyəti, 2022/2023-cu tədris ili üçün qarşıda duran hədəflər, pedaqoji heyətin minimal və təxmini dərs bölgüsü və cari məsələlər müzakirə olundu.