Ən yüksək nəticə göstərmiş 9 qızıl medalçı – “Birincilərin birincisi"

     İyunun 30-da Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə çıxış edən Təhsil Naziri Emin Əmrullayev qalibləri təbrik edib və  onlara uğurlar arzulayıb. Mərasimdə Respublika Fənn Olimpiadalarında hər fənn üzrə ən yüksək nəticə göstərmiş 9 qızıl medalçıya – “Birincilərin birincisi"nə, ümumilikdə olimpiada qaliblərinə mükafatlar təqdim edilib.

    Ən yüksək nəticə göstərmiş 9 qızıl medalçı – “Birincilərin birincisi" arasında Suraxanı rayonu 196 nömrəli tam orta məktəbin 11 "Ç" sinif şagirdi Əliyev Elçin Cavanşir oğlu da olmuşdur. Əliyev Elçin  Respublika fənn olimpiadasında Azərbaycan dili və ədəbiyyat fənnindən ən yüksək nəticə göstərərək I yerə çıxmış və qızıl medal qazanmışdır. Mükafatlandırılma mərasimində məktəbimizin şagirdi Elçin Əliyevə qızıl medal və diplom təqdim edilmiş, onu noutbukla mükafatlandırmışlar. Bu nəaliyyətin əldə edilməsində məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Zərifə Mikayılovanın əməyi çox böyük olmuşdur.

         Biz - 196 nömrəli məktəbin bütün kollektivi Elçini təbrik edir, onunla  fəxr edirik! Uğurları bol olsun.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi