“İnsan Hüquqları Günü”nə həsr olunmuş debat

Azərbaycan Prezidenti Cənab İlham Əliyevin 18 iyun 2017-ci il tarixli səracamı ilə hər il 18 iyun tarixdə “İnsan Hüquqları Günü” kimi qeyd olunur. Bununla əlaqədar məktəbimizdə 09.06.2022-ci il tarixində ənənəvi olaraq İnsan Hüquqları hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərinə həsr olunmuş debat keçirilmişdir. Debatda məktəbimizin tarix müəllimi Şəlalə Əsgərova iştirak etmişdir. O, İnsan Hüquqları və onun tərkib hissəsi kimi Uşaq Hüquqlarının anlayışı və mahiyyətini, Uşaq haqqında AR-nın Qanunu insan hüquqlarına həsr olunmuş tədbirlərin müntəzəm keçirilməsinə və böyük əhəmiyyət kəsb etməsindən danışmışdır. Daha sonra şagirdlər çıxışlarında İnsan Hüquqlarının insanların normal yaşaması, cəmiyyətdə özlərinə yer tutmaları olduqca vacib dəyərlərindən, dilindən, dinindən, irqindən, cinsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hamıya eyni dərəcədə şamil edilməsindən söhbət açdılar.