Əziz Şuşa, sən azadsan!

BŞTİ-nin 31.03.2022-ci il tarixli F-121 nömrəli əmrinə əsasən “Şuşa ili” ilə bağlı tədbirlər planının müvafiq bəndinə əsasən “Əziz Şuşa, sən azadsan!” adlı 3 “A” sinfinin təqdimatında açıq dərs keçirildi. Dərsdə sinif müəllimi Zenfira Hüseynova Şuşa haqqında geniş məlumat verdikdən sonra şagirdlərin ifasında şeirlər səsləndirildi. Şuşanın görkəmli şəxsiyyətləri barəsində hazırlamış olduqları kiçik səhnəcik – tamaşaları təqdim etdilər.
https://youtu.be/QYmcpqK2Pz0