Biz fəxr edirik ki, dünyanın Lider kimi tanıdığı bir Şəxsiyyətin yetirmələriyik!

6 may 2022-ci ildə məktəbimizdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99 ildönümünə həsr edilmiş ədəbi-bədii  gecə  keçirildi. Tədbir dövlər himninin oxunması ilə başladı, Ulu Öndərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra 20-ci əsrdə “Əsrin Adamı” adına layiq görülmüş, Vətənimiz və xalqımız üçün ömrünü fəda etmiş dahi şəxsiyyətə həsr edilmiş şeirlər, mahnılar səsləndirildi, onun ömür yolundan bəhs edən video-çarx nümayiş etdirildi. Daha sonra məktəbimizin tarix müəllimi Şəlalə Əsgərova Ümummilli Lider, onun həyat və iş fəaliyyəti, Azəybaycan Respublikasının bu günə gəlib çatmasında müstəsna rolu, ölkəyə rəhbərlik etdiyi müddətdə dövlətimizi bütün dünyada tanıtması, Qarabağımızın əzəli Azərbaycan torpağı olmasını daim xarici ictimaiyyətin diqqətinə çatdırması və s. haqqında tədbir iştirakçılarına məlumat verdi. Biz fəxr edirik ki, dünyanın Lider kimi tanıdığı bir Şəxsiyyətin yetirmələriyik! https://youtu.be/Ald1SffXr1I

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi