"Bayraq günü" və "Azərbaycan Respublikası Konstitutiyası günü"nə həsr olunmuş tədbir.

9 noyabr 2016-cı il tarixində məktəbimizdə "Bayraq günü"nə və "Azərbaycan Respublikası Konstitutiyası günü"nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak etdi.Məktəbin direktoru S.Mehdiyeva tədbir iştirakçılarını "Bayraq günü" və "Azərbaycan Respublikası Konstitutiyası günü" münasibəti ilə təbrik etdi. "Bayraq günü" və "Azərbaycan Respublikası Konstitutiyası günü" münasibəti ilə əlaqədar tarix müəllimi Cabbarov Bəhruz çıxış etdi. Bədii hissədə şagirdlər Azərbaycana, vətənə, sülhə və bayrağımıza həsr edilmiş şeirlər söylədilər. Şagirdlər tərəfindən ifa olunan mahnılar, rəqslər tədbir iştirakçıları tərəfindən alqışlandı.