“Novruz bayramı və mətbəx mədəniyyətimiz” adlı kulinariya günü

16.03.2022-ci il tarixdə məktəbimizdə BŞTİ-nin F-85 №-li əmrinin 4.4.1 bəndinə əsasən “Novruz bayramı və mətbəx mədəniyyətimiz” adlı kulinariya günü keçirdi. Tədbir zamanı milli mətbəximizə daxil olan təamlar, yeməklər və şirniyyatlardan nümunələr hazırlandı. Qızlar şəkərburaların bəzədilməsində xüsusi maraq və həvəslə yanaşdılar. Nənə və analarımızdan görüb öyrəndiklərimizi tədrisdə, təlimdə şagirdlərə təlqin edilməsi adət-ənənələrimizin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi bu ənənələrin əbədi yaşamasına rəvac verir.