Firudin bəy Köçərlinin 140 illik yubileyi

9 mart tarixində məktəbimizdə yuxarı sinif şagirdlərinin işirakı ilə Firudin bəy Köçərlinin 140 illik yubileyinə dair dəyirmi masa keçirildi. Dəyirmi masada iştirak edən şagirdlər böyük ədib, pedaqoq, metodist, müəllim olan F.Köçərli, onun həyat və yaradıcılığı haqqında məlumat verdilər. Böyük ədibin yaradıcılıq uğurları, Azərbaycan təhsilinə və ədəbiyyatına bəxş etdiyi töhvələr şagirdlər tərfindən qeyd olundu. Qeyd olunanlar yalnız böyük ədibin yaratdıqları deyil, həm də dahi şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər oldu. Azərbaycan təhsilində və ədəbiyyatında misilsiz xidmətləri olan fədakar, vətənpərvər müəllim, ədib, tərcüməçi olan F.Köçərli irsi hər zaman araşdırılmalı və gələcək nəsillərə ötürülməlidir.