Şagirdlərimizin məktəbdənkənar nailiyyətləri

Uğura gedən yol məktəbdən başlayır. Şagirdlərimiz məktəbdənkənar tədbirlərdə iştirak etmiş, bir sıra nailiyyətlər qazanmışdır. 20 yanvar faciəsinin 32-ci il dönümünə həsr olunmuş inşa yazı, rəsm və şeir müsabiqələrində 8a sinif şagirdləri Həsənli Aysu I yerə, Kərimova Günel III yerə, 9a sinif şagirdi Dəmirova Fidan fərqlənmə diplomuna layiq görülmüş və diplomla təltif olunmuşlar.
Xocalı faciəsinin 30-cu il dönümünə həsr olunmuş inşa yazı müsabiqəsində 7b sinif şagirdi Səmədova Fatimə II yerə, 8a sinif şagirdi Kişiyeva Ləman III yerə layiq görülmüşdür.