AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASININ 25-Cİ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLDİ

17 oktyabr tarixində məktəbimizdə Azərbaycan Respublikasının "Müstəqillik gününə" həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etdilər. Əvvəlcə müstəqilliyimiz uğurunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.Tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edən məktəb rəhbərliyi müstəqilliyin bərpasından sonra Azərbaycanın keçdiyi inkişaf yolu və qazandığı uğurlar barəsində geniş məlum verdi.Ulu Öndər Heydər Əliyevin apardığı uğurlu siyasətin sayəsində Azərbaycanda sabitlik yarandığını, xalqımızın rifah halının yaxşılaşdığını vurğuladı. Şagirdlər Azərbaycan Respublikasının müstəqilliyinə həsr olunmuş mahnı və şeirlərlə çıxış etdilər. Müstəqilliyimizə həsr olunmuş kompazisyalar və slaydlar nümayiş etdirildi.