Peşə istiqaməti ilə bağlı söhbət

08-18.02.2022-ci il tarixində məktəbimizin Psixoloqu tərəfindən 8-9-cu sinif şagirdləri ilə peşə istiqaməti ilə bağlı söhbət aparıldı. Şagirdlərlə onların əmək fəaliyyətinin konkret növləri ilə bağlı tanışlığı, fərdin maraq və meyllərinə uyğun gələcək təhsil istiqaməti və peşə seçimi barədə adekvat qərar qəbul etməsi, müxtəlif peşələrə istiqamətləndirilməsi haqqında danışıldı. O cümlədən şagirdlərlə “Fəaliyyət sahələri üzrə maraqlar və meyllər” və “Hollandın peşə seçimi” anket sorğusu keçirildi. Sorğular vasitəsilə şagirdlərin maraq və meylləri, konkret olaraq hansı peşə sahəsi ilə maraqlandığı, peşə motivləri və tələbatları haqqında məlumat alındı.