Bullinq və onun təzahür xüsusiyyətləri

31.01.2022-ci il tarixində məktəbin Psixoloqu və UBTR-i tərfindən VI-VIII sinif şagirdləri ilə “Bullinq və onun təzahür xüsusiyyətləri” mövzusunda profilaktik söhbət aparılmışdır. Ilk öncə şagirdlərə mövzu ilə bağlı sosial çarx göstərildi. Söhbət zamanı şagirdlərə bullinq, bullinqin növləri, baş vermə səbəbləri, bullinq baş verdiyi zaman necə davranmalı, kimə müraciət etməli olduqları haqqında məlumat verildi. Sonda şagirdlərin sualları cavablandırıldı.