"Zəfər tarixini Dəmir yumruqla yazanların yolu ilə" bilik yarışı

26.01.2021-ci il tarixdə məktəbimizdə "Zəfər tarixini Dəmir yumruqla yazanların yolu ilə" -adlı IX siniflər arasında Zəfər tarixi fənninin şagirdlər tərəfindən mənimsənilməsi, eləcə də fənn müəllimləri tərəfindən tədrisi səviyyəsinin yoxlanılması məqsədilə bilik yarışı keçirildi. Yarışmada şagirdlərə müəllimlər tərəfindən hazırlanmış suallar təqdim edilmiş, komandalara həmin suallar ətrafında əldə edilmiş məlumatları münsiflər heyətinə təyin edilmiş vaxt ərzində təqdim etmək tapşırılmışdı. 4 sinifin komandası "Azıx", "Xudafərin", "Xarı bülbül", "Suqovuşan" arasında gedən gərgin mübarizə 9c sinfinin "Xarı bülbül" adlı komandasının qalibiyyəti ilə sonlanmışdır. Qalib komandaya məktəb rəhbərliyi tərəfindən "Fəxri fərman" təqdim edilmişdir. Şagirdlərimizə uğurlarının davamını diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi