“Qan yaddaşımız”

19.01.2022-ci il tarixində məktəbimizin kitabxanasında 20 Yanvar faciəsinin 32-ci il dönümünə həsr olunmuş “Qan yaddaşımız” mövzusunda ədəbi-bədii gecə keçirildi. Tədbir 6d sinif şagirdləri ilə birlikdə keçirildi. Tədbirdə 20 Yanvar şəhidlərinə həsr olunmuş şeirlər söylədilər, mahnılar oxudular. Tədbirin sonunda ingilis-dili müəllimi Xəyalə müəllimə 20 yanvar faciəsinin gənc nəslimizdə buraxdığı dərin, kədərli izləri haqqında danışdı, həmin gənc nəslin vətənpərvər ruhda böyüyüb, vətən eşqi ilə alovlanan gücünün II Qarabağ döyüşündə qisasını almağı haqqında məruzə etdi.