“20 Yanvar- tarixin qanla yazılan şanlı səhifəsi”

17.01.2022-ci il tarixdə məktəbimizdə 20 yanvar faciəsinin 32-ci ildönümünə həsr edilmiş “20 yanvar-tarixin qanla yazılan şanlı səhifəsi” adlı ədəbi-bədii kompozisiya təşkil edildi. Tədbirdə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi, şeirlər, mahnılar səsləndirildi. Video-film nümayiş etdirildi, faciə haqqında məlumat verildi, tarixi əhəmiyyəti, müstəqilliyimizə aparan yolun təməli kimi önəmindən danışıldı. Müstəqillik qazandığımız gündən bəri millətimizin qəhrəman oğullarının daim Vətən uğrunda döyüşə hazır olması, canlarını fəda etməsi Azərbaycan Respublikasının əbədi yaşaması üçün atılan unudulmaz addımlardandır. Qarabağımızın düşmən istilasından qurtulması üçün də vətənimizin, xalqımızın igid oğulları yenə də bütün dünyanı heyrətə gətirən addımlar ataraq qızıl hərflərlə “Qarabağ Azərbaycandır!” yazdılar. 28 il həsrətdə qalan torpaqlarımıza, ana öz ovladına qovuşan kimi Azərbaycan da öz tarixi torpaqlarına-Qarabağa qovuşdu.