“Zərərli vərdişlərə yox deyək!”

14.01.2022-ci il tarixində məktəbimizin Psixoloqu və UBTR-i tərəfindən 10-11-ci sinif şagirdləri ilə “Zərərli vərdişlərə yox deyək!” adlı seminar keçirildi. Seminarda slayd vasitəsilə zərərli vərdişlərin insan həyatına və sağlamlığına ziyanı haqqında geniş məlumat verildi. Şagirdlərlə mövzu ilə bağlı birgə fikir mübadiləsi aparıldı. Sonda suallar cavablandırıldı.