STEAM lahiyəsi əsasında yarış

Məktəbimizda 6-cı siniflər arasında STEAM lahiyəsi əsasında “Qarabağ Azərbaycandır” mövzusunda yarış keçirildi. Yarışda Tinkercad proqramında uşaqlar mövzuya aid qrup şəklində müxtəlif işlər hazırladılar. O cümlədən müsiqi ilə müşayət olunan təqdımat hazırladılar. Yarışda 6a sinif şagirdi Nəzərov Əli, 6b sinif şagirdləri Mahmudlu Məhəmməd, Mahmudlu Rəhim, Mehrəli Fuad, Bayramova Natavan, 6c sinfindən Dostuyev Elçin, Məmmədli Oğuz, Abbasəliyev Ümüd, 6ç sinfindən Babazadə Oktay, Səmədova Nigarxanım, 6d sinfindən Hacıyeva Böyükxanım, Məmmədsalahova Nihal "Fəxri Fərman" ilə təltif olundular.