Peşəyönümü işinin təşkili

11.01.2022-ci il tarixində məktəbimizin Psixoloqu və UBTR-i tərəfindən 3b sinfi ilə “Peşəyönümü işinin təşkili” ilə bağlı maarifləndirmə, məlumatlandırma işi aparıldı. Şagirdlərə peşə marağının və qabiliyyətlərinin öyrənilməsi, peşələr haqqında ətraflı məlumat verilmişdir. Əlavə olaraq, şagirdlərlə “Peşələrin əlifbası” oyunu keçirildi. Oyun zamanı komandalara tapşırıqların göstərildiyi marşrut vərəqəsi verilmişdir. Hər mərhələdə komanda ona verilən tapşırıqları ayrılmış dəqiq vaxt ərzində yerinə yetirir. Düzgün tamamlanmış bir tapşırıq üçün iştirakçılar bal alırlar. Sonda üç komandadan biri qalib seçilmişdir.