“Sığorta uşaqların gözü ilə” – rəsm müsabiqəsi

Azərbaycan Respublikası Mərkəzi Bankın İcbari Sığorta Bürosu və Azərbaycan Sığortaçılar Assosasiyasının birlikdə təşkil etdiyi “Sığorta uşaqların gözü ilə” – rəsm müsabiqəsində məktəbimizin müxtəlif sinifləri üzrə şagirdlər iştirak etmişdi. Müsabiqə sonunda iştirakçıların arasından qaliblər seçilmişdir. Belə ki, məktəbimizin 4b sinif şagirdləri Olcay Əkbərova qalib olmuş, 4a sinif şagirdi Şərifli Rəna fərqlənmə diplomuna və 4b sinif şagirdi Mələk Məmmədli iştirakına görə təşəkkürnamə almışdır. Şagirdlərimizi təbrik edir, uğurlarının davamını və daha yüksək nəticələr əldə etmələrini arzulayırıq.