Şagirdlərimizin inşa yazı müsabiqəsindəki uğurları

Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatı və Suraxanı Rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə 10.12.2021-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin 98-ci ildönüm xatirəsinə həsr olunmuş “Xalqa bağışlanan ömür” mövzusunda Suraxanı rayon tam orta məktəb şagirdləri arasında inşa yazı müsabiqəsi keçirilmişdir. Bu müsabiqədə məktəbimizin 9ç sinif şagirdi Mirzəyeva Fatimə 2-ci yerə çıxmış və diplomla, 9a sinif şagirdi Əliyeva Aydan və 10c sinif şagirdi Orucova Yeganə fərqləndikləri üçün fəxri fərmanla təltif olunmuşdur.