İnsan alveri və onunla mübarizə

24.11.2021-ci il tarixində məktəbimizin Psixoloqu və UBTR-i tərəfindən 10-cu sinif şagirdləri ilə “İnsan alveri və onunla mübarizə” adlı seminar keçirildi. Seminarda şagirdlərə “insan alveri nədir, kimlər insan alveri qurbanı ola bilər, insan alveri qurbanları kimə müraciət edə bilər” vəs. haqqında geniş məlumat verildi. Ölkəmizdə insan alverinə qarşı hansı qanunların olduğu və qurbanların müdafiəsi və müalicəsi ilə bağlı reabilitasiya mərkəzləri haqqında danışıldı. Eyni zamanda şagirdlərə onların şüurunun və psixologiyasının düzgün formalaşmasında, bu cür cəmiyyətə zərbə vuran mənfi proseslərdən kənar olmaq lazım gəldiyini, ictimai işlərdə fəal olmaqları vurğulandı. Sonda şagirdlərin sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi