Şəhidlərimizi heç vaxt unutmayacağıq

03.11.2021-ci il tarixində Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi 196 saylı tam orta məktəbin 3b sinif şagirdləri Hövsan qəsəbəsində yerləşən “Şəhidlər Məzarlığı”nı ziyarət etdilər. Bu gün şəhid Vaqif Mərdanovun Şəhidlik zirvəsinə çatmasının ildönümü idi. Şagirdlər və müəllimlərlə birlikdə valideyinlər və şəhidin qohumları şəhid Vaqif Mərdanovun qəbrini ziyarət etdilər və xalqımızın onları heç vaxt unutmayacağını və onlarla fəxr etdiklərini söylədilər. Şagirdlər şəhidlərə həsr olunmuş şeyirlər söylədilər.
Sonra şagirdlər Dədə Qorqud qəsəbəsində yerləşən “Şəhidlər Qəbirstanlığı”ndakı şəhidlərimizi də ziyarət etdilər. Şagirdlər şəhidlərə həsr olunmuş şeyirlər söylədilər.