Məktəbimizdə "Son zəng" tədbiri keçirildi.

Bu gün bütün ümumtəhsil məktəblərində olduğu kimi bizim məktəbimizdə də 11-ci sinfi bitirən şagirdlər üçün “Son zəng” çalındı. Bu münasibətlə məktəbimizdə tədbir keçirildi. Tədbirdə məktəbin məzunlarının iştirakı ilə mahnılar və rəqslərdən ibarət konsert proqramı nümayiş etdirildi. Məktəbin ibtidai sinif şagirdləri şeir, mahnı və rəqsləri ilə məzunları təbrik etdilər. Məkrəbin rəhbərliyi, Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi, 11-ci siniflərin sinif rəhbərləri və 1-ci sinif müəllimləri və başqa müəllimlər məzunları təbrik etdilər. Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər fəxri fərmanlarla təltif olundular.