27 sentyabr –Vətən müharibəsi qəhrəmanlarının anım günü

27 sentyabr –Vətən müharibəsi qəhrəmanlarının anım gününə həsr edilmiş tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbimizin tarix müəllimi Cabbarov Bəhruz açdı. O, tədbirdə iştirak edənlərə 44 günlük Zəfər tarixinin başlandığı şanlı səhifənin ilk günü haqqında məlumat verdi. Daha sonra məktəbimizin tarix müəllimi Ramin Kişizadə tədbir iştirakçılarına bu müharibə barədə canlarını fəda etmiş örnək gənclər, onların keçdiyi əzmli, ləyaqətli döyüş yolu barədə məlumat verdi. Məktəbimizin tarix müəllimi Əsgərova Şəlalə şagirdlərimizə Zəfər yolu və onun gələcəkdə gənclərimizin həyatındakı rolu haqqında məlumat verdi. Tədbirdə şagirdlərimizin ifasında vətənə, şəhidlərimizə aid şeir və mahnı səsləndirildi. Tədbir “Qarabağ Azərbaycandır!” şüarı ilə başa çatdı.