Bilik günü

Bu gün 22.09.2021-ci il tarixdə məktəbimizdə “Bilik günü” münasibətilə pandemiya dövrünün tələblərinə uyğun olaraq tədbir keçirildi. Tədbirə Azərbaycan Respublikasının dövlət himni ilə başladıqdan sonra çıxış üçün söz məktəbin TTİ üzrə direktor müavini Aidə xanım Cəfərovaya verildi. Aidə xanım məktəbin 2020-2021-ci tədris ilindəki naliyyətləri haqqında, 2020-ci ilin ən önəmli hadisəsi olan Vətən müharibəsində qazanılmış zəfər haqqında məlumat verdi. Sonra məktəbə ilk qədəm qoyan birinciləri təbrik edərək bütün pedaqoji heyətə və şagirdlərə 2021-2022 –ci tədris ilində uğurlar arzuladı. Tədbir Qarabağa həsr edilmiş mahnı ilə sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi