N.Gəncəvinin 880 illik yubileyinə aid acıq dərs

20.05.2021 tarixində 196 № li tam orta məktəbin VIIIb sinfində dahi Azərbaycan şairi N.Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş açıq dərs kecirildi. Dərsdə şagirdlərimizə Azərbaycan poeziyasının sönməz günəşi, XII əsr yazılı ədəbiyyatımızın intibah dövrünün nümayəndəsi, mütəfəkkir şairimiz N.Gəncəvinin həyat və yaradıcılığı haqqında ətraflı məlumatlar, əsərlərindən hazırlanmış səhnəciklər, rəngarəng video materiallar təqdim edildi. Zərifə müəllim şairin qəzəllərini, "Xəmsə" yə daxil olan poemalardan parçaları ifadəli şəkildə söylədi və dərsi maraqlı, olduqca rəngarəng təşkil edərək böyük söz ustadını şagirdlərə bir daha sevdirdi.