Lütfi Zadənin 100 illik yubileyi münasibəti ilə açıq dərs

Görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyinin keçirilməsi ilə bağlı BŞTİ 15 aprel 2021-ci il tarixli F-87№-li əmri ilə təsdiq edilmiş Tədbirlər planının müvafiq bəndinə əsasən istedadlı şagirdlərin iştirakı ilə 24.05.2021-ci il tarixdə məktəbimizin informatika müəlimi Məmmədova Nailə müəllimənin təqdimatında açıq dərs keçirildi. Dərsdə görkəmli alim Lütfi Zadənin həyat və yaradıcılığı, elmi nailiyyətləri, 6 mühüm nəzəriyyəsi və onların elm və istehsalatda geniş şəkildə tətbiqi haqqında məlumat verildi. Sonda şagirdlərin sualları cavablandırıldı.