Lütfi Zadənin 100 illik yubileyi münasibəti ilə bilik yarışı

Görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyinin keçirilməsi ilə bağlı BŞTİ 15 aprel 2021-ci il tarixli F-87№-li əmri ilə təsdiq edilmiş Tədbirlər planının müvafiq bəndinə əsasən istedadlı yaradıcı şagirdlərin iştirakı ilə məktəbimizdə 19.05.2021-ci il tarixdə “Bilik yarışı” keçirildi. Yarışmada komandalar müxtəlif məlumatlar paylaşdı, komandalar arasında sual-cavab xarakterli əyləncəli viktorina keçirildi, fikir mübadiləsi aparıldı.