Məktəbimizdə ətraf mühitin qorunması ilə bağlı layihəyə start verildi

2021-ci ilin may ayından başlayaraq məktəbimizdə “Clear Nature-healthy future!”-adlı ətraf mühitin qorunması ilə bağlı layihəyə start verilmişdir. Layihə çərçivəsində inisiatorlar təkrar emal edilə bilən tullantılar haqqında məlumat toplamış, artıq respublikamızda da geniş yayılmaqda olan məişət tullantılarının çeşidlənməsinə diqqəti yönəltmək üçün məktəbdə kiçik konteyner nümunələrindən istifadə etməklə digər şagirdləri də məlumatlandırmış və layihəyə maraq göstərməsinə nail olmuşlar. Təbii resursların səmərəli, qənaətli istifadəsi, yenilənə, bərpa edilə və təkrar emal edilə bilən məhsulların düzgün istiqamətlənməsində hər bir vətəndaşın diqqətli və məsuliyyətli olması ümumilikdə bütün dövlətimizin gələcəyinə qoyulan önəmli sərmayələrdəndir.