Valideynlərlə psixoloji görüş

      29.04.2021-ci il tarixində valideynlərlə “Böhran dövrlərində  psixi sağlamlıq və psixososial rifah” mövzusunda vebinar keçirildi. Vebinarda valideynlərə pandemiya dövründə, böhran vəziyyətlərində uşaqlara çətinliklərin öhdəsindən gəlmək və əvvəlki kimi fəaliyyət göstərmək üçün dəstək xarakterli tövsiyələr verildi. Həmçinin valideynlərə yaş dövrləri və fəaliyyət sahələri, yeniyetməlik yaş böhranı haqqında geniş məlumat verildi. Vebinarda uşaqda yaranan hisslər, emosiyalar və davranışlar ilə bağlı problemlərin idarəedilməsinə dair tövsiyələrdən danışıldı. Sonda valideynləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi