Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş tədbir

2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur.
Dövlət başçısı qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nəaliyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bu ili ölkəmizdə “Nizami Gəncəvi ili” elan edib.
Bu məqsədlə Bakı şəhəri Suraxanı rayonu M.Bayramov adına 196№-li tam orta məktəbin dil-ədəbiyyat müəllimləri, tərbiyə işləri üzrə direktor müavini və məktəbimizin fəal şagirdlərinin birgə səyi nəticəsində 01.04.2021-ci il tarixində N. Gəncəvinin “Xosrov və Şirin” poeması (bir parça) səhnələşdirildi.
Əsəri səhnələşdirərkən şagirdlər bir daha Nizami yaradıcılığına, yaratdığı ölməz əsərə nəzər saldılar. Əsərin bədii estetik və ruha xitab edən gözəlliyi həm müəllimləri, həm də şagirdləri valeh etdi. Əsər şagirdlər tərəfindən böyük həvəslə mənimsənildi. İstər məşqlər zamanı, istər səhnələr quraşdırılarkən şagirdlər böyük maraq göstərdilər. Bu da bizi bir müəllim və yaradıcı işə istiqamət verən biri kimi çox sevindirdi. Bu əsrlər keçməsinə baxmayaraq, Nizami işığının hələ də gur yanmasının və gələcək nəsillərə ötürüləcəyinin bariz nümunəsidir.