Xalqımızın qan yaddaşından silinməyən soyqırım.

 1905-1907-ci illərdə ermənilər azərbaycanlılara qarşı açıq şəkildə irimiqyaslı qanlı aksiyalar həyata keçirirdilər. Onların Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisində həmvətənlilərimiz yaşayan kəndləri və İrəvanı əhatə edirdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, yerlə yeksan edildi. Minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi canilik və qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi sürətdə qətlə yetirildi. Kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi. Əhali nə edəcəyini bilmir, hər kəs fəryad içində, hər kəs yasda və hər kəs pərişan halda idi.

Daşnaklar deyirdilər: “Biz heç bir bolşevik tanımırıq. Təkcə müsəlman olmağın kifayətdir”. Onlar evləri qarət edir, günahsız insanları, hələ qarşıda, həyat yolunda yaşanılacaq o qədər gözəl günləri olan məsum insanları, qoca, cavan, kişi, qadın, uşaq demədən yandırır, onlara ağılasığmaz işgəncələr verərək zülm edirdilər. Ermənilər azərbaycanlılara məxsus məktəbləri, kitabxanaları, bir sözlə gözün gördüyü hər bir tikilini məhv edirdilər. Soyqırım zamanı müsəlmanlarla yanaşı, yəhudilər də qətlə yetirilirdi.

1918-ci ilin əvvəllərində Cənubi Qafqaz Komissarlığı və Seyminin hakimiyyətinə yalnızca Bakı şəhəri tabe deyildi. V. Lenin Cənubi Qafqaz mübarizəsini diqqətlə izləyir və Cənubi Qafqazda baş verən proseslərin nəticəsində gec-tez müstəqil Azərbaycan dövlətinin yaradılması ilə nəticələnəcəyini bilirdi. Bunun üçündə o Şaumyana neft ilə zəngin Bakı şəhərini ələ keçirməyi tapşırmışdı. Daha sonra isə Azərbaycanı işğal etməyi planlaşdırırdı.

Toqquşmanın başlanması üçün bəhanə isə 27 mart tarixində H.Z.Tağıyevin oğlu Məhəmmədin cənazəsinin “Evelina” gəmisində Lənkərandan Bakıya gətirilməsini təşkil edən general Talışınski rəhbərliyi altında 48 hərbiçinin gəlişi oldu. Ermənilər şaiyə yaydılar ki, “Bu zabitlər Muğandaki Malakan kəndlərini dağıtmaq barədə göstəriş alıblar”. Bunu bəhanə gətirən S. Şaumyan gəmidəki zabitlərin tərk-silah olması üçün göstəriş verdi. Buna qarşı yerli əhali isə küçələrə çıxıb, zabitlərin tərk-silah olmasına etiraz bildirdi. Beləliklə dinc əhaliyə qarşı soyqırım başlandı.

1918-ci il yanvarında Sovet rəhbərliyin planı həyata keçirilməyə başlandı. 30 mart axşam saatlarında Bakıda ilk atəş səsləri eşidilir. Təpədən dırnağa qədər silahlanmış ermənilər azərbaycanlıların evlərinə basqın edərək onları vəhşicəsinə öldürür, yerli əhalinə ağılasığmaz divan tutur, doğma şəhərimizdə at oynadırdılar.

31 mart 1918-ci il sabahı bolşevik daşnak dəstələri azərbaycanlılar yaşayan “Kərpicxana”, “Məmmədli” və başqa məhəllələrə hücum etdilər. Hətta İçərişəhərə hücum zamanı Mikayanın başçılığı ilə yaradılmış “inqilabi müdafiə”adı ilə çıxış edən quldur dəstələri Bakının ən gözəl, ən heyrətamiz memarlıq abidələrindən olan “İsmailliyə binası” nı yandırmış, “Təzəpir” məscidinin minarələrini top atəşinə tutub dağıtmışlar. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombardman etməyə başladılar. Ermənilər rusları inandırmışdılar ki, güya İçərişəhərdə azərbaycanlılar rusları qırmışlar. Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalarda, artıq çox gec idi. Alova bürünmüş məhəllələrdə ölənlərin sayı hesabı yox idi.

Rusiyada baş vermiş oktyabr inqilabı nəticəsində S. Şaumyanın başçılıq etdiyi bolşevik partiyası Bakı quberniyasında hakimiyyəti ələ keçirdi. Milliyətcə erməni olan və Britaniya hökumətindən dəstək alan S. Şaumyan Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyyətçilərinin əməkdaşlığını təmin etdi. Mart soyqırımı ərəfəsində Bakı Sovetinin ixtiyarında 20 min nəfərə yaxın hərbi qüvvə vardı.

Nəriman Nərimanov erməni vəhşilərinin törətdikləri qətliam haqqında belə söyləmişdi: “Müsəlmanlara hər cür əziyyəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlarda daşnaklardan canlarını qurtara bilmədi”.

Baş verən silahlı münaqişə martın 30-dan, aprelin 2-nə qədər Bakı şəhərində davam etdi və tariximizə “1918-ci il Mart soyqrırımı”  həkk olundu.

Bu soyqırım yalnızca Bakı ilə əhatəli deyildi. Aprel ayının ilk 10 günündən etibarən Bakıda törədilən bu qətliamlar eynilə Şamaxı, Quba, Qaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə də təşkil edildi. Lalayanın dəstəsi 3-16 aprel tarixində Şamaxı əhalisinə divan tutdu. Zəngəzur qəzasında 115 müsəlman kəndi talan edilərəj yer üzündən silinmişdir. Nəticədə 10 mindən çox Azərbaycan türkü öldürüldü və ya şikəst edildi.

Artıq o firavançılıqdan, o güzəl üzlərdən, sevinc və xoşbəxtlik dolu qəlblərdən əsər-əlamət qalmamışdı. Hər bir kəsin qəlbindəki o həddsiz sevincin yerini artıq yaxınlarını, sevdiklərini itirməyin acısı, bədbəxtlik almışdı. Hər yerdə yas sədaları vardı artıq.

1917-1918-ci illərdə Azərbaycan xalqının yaddaşında ən bədbəxt gün kimi həkk olunmuşdur.

140 mindən çox insan qətlə yetirilmiş...

700-dən çox kənd və qəsəbə yerlə yeksan olmuşdur...

1998-ci il 26 martda ümummilli lider Heydər Əliyevin fərmanı ilə “soyqırım günü” kimi tariximizə həkk olundu.

 

                                                                                                      Orucova Yeganə

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi