Covid-19 pandemiyasından qorunmağın yolları haqqında şagirdlərin məlumatlandırılması

      Hər kəsin bildiyi kimi dövrümüzə təsadüf edən Covid-19 pandemiyası bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də öz mənfi təsirini göstərməkdədir. Təhsil Nazirliyinin bu çətinlikləri aradan qaldırmaq üçün reallaşdırdığı bir sıra layihələr nəticəsində müsbət irəliləyişlər əldə edilmişdir.

      Əyani tədris qismən bərpa edildikdən sonra məktəbimizdə xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq  dezinfeksiya işləri aparılmış, pedaqoji və texniki heyət təlimatlandırılmış, valideyn və şagirdlərə lazımi məlumatlar verilmişdir.

      Belə ki:

* COVID-19 simptomları olan şagird və müəllimlərin məktəbə buraxılmaması; infeksiyaya yoluxmuş şəxs ( əgər aşkar edilsə ) haqqında dərhal lazımi rəsmi idarələrə məlumat verilməsi;

* əllərin tez-tez yuyulması;

* asqıran və öskürən zaman kağız salfetlərdən istifadə olunması və digər gigiyena qaydalarına əməl etmək üçün ehtiyac olan vasitələrin təmin edilməsi;

* təmizlik və gigiyena prosedurlarının sayının artırılması;

* mümkün qədər sosial məsafənin saxlanılması;

* 11 yaşdan yuxarı şagirdlərdən maska taxılmasının tələbi.

 

       Bütün bu  qaydalar və infeksiyadan qorunmaq haqqında təlimatlar mütəmadi olaraq bütün pedaqoji, texniki heyətə və şagrd kontingentinə təkrar olaraq xatırladılır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi