“Məktəblilər üçün muzey həftəsi” layihəsinə biz də qoşulaq.
Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi ilə Təhsil nazirliyinin birgə təşkil etdikləri muzey və multikulturalizm proqramı üzrə “Məktəblilər üçün muzey həftəsi” layihəsində bizim məktəbimizin şagirdləri də fəal iştirak etdilər. Məktəbimizin şagirdləri qrafik üzrə müxtəlif muzeylərə ekskursiyaya getdilər. Məktəb üzrə 600 nəfərdən çox şagird bu tədbirdə iştirak etdilər.