Şəhid Yusubov Elzar Suleyman oğlu

Cəbrayıl, Fizulu, Hadrut istiqamətində döyüşlərdə qəhrəmanlıq göstərən Şəhid Yusubov Elzar Suleyman oğlu Vətən uğrunda medalı ilə təltif olunub.
2-ci Qarabağ müharibəsində şəhid olan Hövsan sakini Elzar Yusubov 1989-cu il yanvarın 9-da Gürcüstan Respublikasının Dumanisi rayonunun Qəmərli kəndində anadan oiub. 1996-2007-ci illərdə Bakının Suraxanı rayonu Hövsan qəsəbəsi Ələddin Məmmədov adına 76 saylı tam orta məktəbdə oxuyub. 2011-ci ildə Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyası İnstitunu bitirib. 2011-ci ildə Həqiqi Hərbi Xidmətdə olub. 2019-cu ildə Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin təlim və tədris mərkəzində Ehtiyat Zabit hazırlığı kursunun Moto atıcı tanım Komandiri İxtisası üzrə təhsil alıb. 2020-ci ilin yanvar ayında Zabit rütbəsində ön xətt bölmələrinin birində Tağım Komandiri vəzifəsində xidmətə başlayıb.
Məktəbin 10a sinif şagirdi Əhmədov Yusif Rövşən oğlu şəhid Elzar Yusubovun xatirəsini yad etmək üçün onun ad günü münasibəti ilə videorolik hazırlayıb.
Allah bütün şəhidlərimizə rəhmət etsin. Biz onlarla fəxr edirik!