ÜMUMMILLI LIDER HEYDƏR ƏLIYEV - 93

04.05.2016-cı il tarixində məktəbin akt zalında Azərbaycanın Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə və Gül bayramına həsr olunmuş tədbir keçirildi. Tədbir Suraxanı Rayonu YAP-nın və 196 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sevinc Mehdiyeva nitqində Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının tarixində əvəzsiz xidmətlərindən, bugünün aparıcı qüvvəsi olan YAP-nın yaradılmasından və bu partiyanın bugünkü günü siyasətdəki mövqeyindən, cənab prezident İlham Əliyev və onun xanımı Mehriban xanım Əliyevanın yürütdüyü uğurlu siyasətdən danışdı. Tədbirin qonağı Suraxanı Rayonu YAP-nın nümayəndəsi olan Gülsüm xanım da tədbirdə çıxış etdi. Daha sonra 9b sinif şagirdi Məmmədzadə Ülviyyənin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr etdiyi təqdimata baxıldı. Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə məktəbin direktoru S.Ə.Mehdiyeva 12 müəllimi YAP sıralarına daxil edərək onlara YAP-nın vəsiqəsini təqdim etdi. Tədbirin rəsmi hissəsi bitdikdən sonra məktəbin həyətində yaşıllaşdırma və abadlıq işləri aparıldı və 34 növ gül əkildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi