“26 fevral- Xocalı  faciəsi”-nin 28-ci ildönümüdür

    24 fevral 2020-ci il tarixdə məktəbimizdə  “26 fevral- Xocalı  faciəsi”-nin 28-ci ildönümünə həsr  edilmiş ədəbi-bədii gecə keçirildi. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlandı. Sonra Xocalı faciəsinə, şəhidlərə, qəhrəmalığa, dövlətimizə həsr edilmiş şeirlər və mahnılar səsləndirildi, dəhşətli  gecənin canlı şahidlərinin dilindən səslənən  amansız  vəhşiliklərdən bəhs edən video-çarx nümayiş etdirildi, kiçik səhnəciklər  təqdim olundu. Göstərilən  faktlar , o gecənin amansız , insanlığa sığmayan zülmü, qəddarlığı, dinc sakinlərin, körpələrin, yaşlıların başına gətirilən müsibətlərin  video-çarxda az da olsa əksini tapmış nümayişi qarşısında  tədbir iştirakçıları göz yaşlarına hakim ola bilmədi.

    Tarix  müəllimləri  R.Kişizadə, B.Cabbarov, Ş.Əsgərovanın  çıxışlarında  faciənin qurbanları, azadlıq uğrunda canlarından keçən şəhidlər, işğal  olunmuş  torpaqlar   haqqında tədbir iştirakçılarına  məlumat  verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi