İnsan alveri və onunla mübarizə

Fevralın 6-da 9-10-cu sinif şagirdləri ilə “İnsan alveri və onunla mübarizə” mövzusunda seminar keçirildi. Seminarda şagirdlərə “insan alveri nədir, kimlər insan alveri qurbanı ola bilər, insan alveri qurbanları kimə müraciət edə bilər” haqqında geniş məlumat verildi. Ölkəmizdə insan alverinə qarşı hansı qanunların olduğu və qurbanların müdafiəsi və müalicəsi ilə bağlı reabilitasiya mərkəzləri haqqında danışıldı.

Eyni zamanda şagirdlərə onların şüurunun və psixologiyasının düzgün formalaşmasında cəmiyyətə bu cür zərbə vuran mənfi proseslərdən kənar olmaq, ictimai işlərdə fəal olmaqları lazım gəldiyi vurğulandı. Dövlətimizin şagirdlərimiz üçün onların daha yaxşı təhsil alması üçün bütün müasir tələblərə cavab verən şəraitin yaradıldığı vurğulandı və onlara bu şəraitdən yararlanmaq tövsiyə olundu. Sonda mövzu ilə bağlı videoçarx göstərildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi