Ədəbiyyat biliciləri
Dekabrın 28-də “Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəb mərhələsi üzrə tədbir keçirilmişdir. Tədbiri məktəbim Azərbaycan dili və ədəbiyyat müəllimi Zərifə Mikayılova təşkil etmişdir. Tədbirdə şagirdlər Az-dili, ədəbiyyatı və dünya ədəbiyyatından şeirlər, əsərlərdən parçalar söyləmişlər. Əsl poeziya məclisini xatırladan tədbir çox gözəl keçirilmişdir. Şagirdlərdən 10a sinif şagirdi Bayramova Dilarə, 9b sinif şagirdləri Məmmədova Fatimə, Rəhmətov Rəhim,7b sinif şagirdləri Babazadə Jalə, Zeynalova Aysu, Rəhimova Nazilə xüsusilə fərqlənmişlər.