Axundova Yasəmən Heydər qızı 1991- ci ildə Naxçıvan MR- da anadan olub.1997- 2008 - ci ildə ümumi təhsilini Səbail rayonu ,Badamdar qəs.236 saylı tam orta məktəbdə başa vurub.2008-2013 cu ildə Azərbaycan Müəllimlər İnstitutunda İbtidai sinif müəllimi ixtisasında təhsil alıb . 2010-2014 - ci illərdə " Koroğlu " MMC də maliyyəçi operator ,2014-2015 ci illərdə " Harada.az" MMC- də kontent menecer olaraq çalışıb. 2020- çi ildən Bakı şəh.Qaradag rayonu,Y.Əliyev adına 195 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi olaraq çalışır.
Cabbarova Aysel Sahib qizi 1997- ci il Şamaxi rayonunda anadan olub.2005 -ci ildə Binəqədi rayonu 6 sayli tam orta məktəbində 1-ci sinfə daxil olub.2014-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin ibtidai sinif müəllimi ixtisasina qəbul olub. 2019-cu ildə Haciqabul rayonu A.Baxşəliyev adina Şorabaçi kənd tam orta məktəbində ibtidai sinif müəllimi işləyib. 2020-ci ildən Baki şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Y.Əliyev adina 195 N-li tam orta məktəbində ibtidai sinif müəllimi işləyir.
Əliyeva Arzu Mahmud qızı 1983-cü il noyabrın 23-də Bakı şəhərində anadan olub.1990-cı ildə Lökbatan qəsəbəsi S.Məhərrəmov adına 106 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub.2000-ci ildə həmin məktəbi bitirib.2000-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olub.2004-cu ildə universiteti bitirib N.Qurban adına 288 saylı tam orta məktəbə riyaziyyat müəllimi təyin olub.2009-cu ildə Bakı Slavyan Universitetinə magistratura pilləsinə qəbul olub.2011-ci ildə magistraturanı fərqlənmə diplomuyla bitirib.Hal-hazırda Yusif Əliyev adına 195№ li tam orta məktəbdə riyaziyyat müəllimi işləyir.
Məmmədova Güllər Tahir qızı 1961-ci il mayın 27-də Neftçala rayon, Böyük Oriyat kəndində anadan olub. 1968-ci ildə Neftçala şəhər 3№li orta məktəbin 1-ci sinfinə daxil olub, 1978-ci ildə həmin məktəbi bitirib. 1979-cu ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedoqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olub, 1983-cü ildə həmin universiteti bitirib.Təyinatla Neftçala rayon Bankə qəsəbə 1№li orta məktəbdə riyaziyyat müəllimi işləyib. 1987-ci ildən Qaradağ rayonu Qobustan qəsəbəsindəki Y.Əliyev adına 195 saylı tam orta məktəbdə riyaziyyat müəllimi işləyir.
Əlaqəli xəbərlər
Riyaziyyat fənnindən "Açıq dərs"
Zeynalova Bahar Rövşən qızı 1984-cü il 12 sentyabr tarixində Bakı şəhərində anadan olub.1991-ci ildə Ələt qəsəbəsindəki 25 saylı dəmiryol orta məktəbində 1-ci sinfə daxil olub.2001-ci ildə həmin məktəbi bitirib.2002-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakultəsi,riyaziyyat ixtisasına daxil olub,2006-ci ildə isə bitirib.2007-ci il 19 fevraldan Yusif Əliyev adına 195№li tam orta məktəbdə riyaziyyat müəllimi işləyir.
Əlaqəli xəbərlər
Riyaziyyat aylığı davam edir
Teymurov Vasif Yusif oğlu 27.12.1972-ci ildə Salyan rayonunun Qızılburun kəndində anadan olub. 1990-cı ildə Hacıqabul rayonu Atbulaq kənd orta məktəbin XI sinfini bitirib. 1990-1995-ci illərdə ADPU-nun Riyaziyyat fakultəsində təhsil alıb, Riyaziyyat-fizika müəllimi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1998-2000-ci illər Hacıqabul rayonu, Qızılburun kənd orta məktəbində, 2000-2011-ci illər Hacıqabul rayonu Pirsaat qəsəbə tam orta məktəbində Riyaziyyat-fizika müəllimi kimi çalışıb. 2011-ci ildən 195 saylı tam orta məktəbdə riyaziyyat müəllimi işləyir.
Qasımova Xatirə Sərvaz qızı 1963-cü ildə Ağdam rayonunda anadan olub.1970-ci ildə Bərdə şəhər 4№ li məktəbin 1-ci sinfinə daxil olub.1978-ci ildə M.Əzizbəyov adına Şuşa Mədəni-Maarif texnikomuna daxil olub,1982-ci ildə bitirib.1982-ci ildə Bərdə şəhər 4№ li orta məktəbdə ibtidai sinif müəllimi kimi işə başlamışdır.1985-ci ildən 195 saylı məktəbdə ibtidai sinif müəllimi kimi çalışır.
İbrahimova Nailə Əkbər qızı 1962-ci il fevralın 12-də Kəlbəcər rayonunda anadan olub.Həmin rayonun 1№ li orta məktəbinin 1-ci sinfinə daxil olub,həmin məktəbi bitirib.1981-ci ildə S.M.Kirov adına ADU-nun kitabxanaşünaslıq və biblioqrafiya fakultəsinə qəbul olub,1986-cı ildə universiteti bitirib.1992-ci ildən isə Yusif Əliyev adına 195№ li orta məktəbdə işləyir.1999-cu ildə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutuna daxil olub,2000-ci ildə isə bitirib.Həmin ildən hazırki dövrə qədər ibtidai sinif müəllimi kimi çalışır.
Əliyeva Şəhla Sabir qızı 1962-ci il avqustun 5-də Hacıqabul rayonunun Navahı kəndində anadan olub.1969-cu ildə Navahı kənd orta məktəbinin 1-ci sinfinə daxil olub,1979-cu ildə həmin məktəbin 10-cu sinfini bitirib.1979-cu ildə V.İ.Lenin adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub, 1983-cü ildə riyaziyyat ixtisası üzrə tam kursu bitirib.2002-ci il fevralın 26-da Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutuna daxil olub,2002-ci il avqustun 27-də ibtidai təhsil ixtisası üzrə tam yenidənhazırlanma kursunu bitirib.Hal-hazırda 195№-li tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir.
Yusif Əliyev adına 195 nömrəli tam orta məktəb 2 (iki) korpusdan ibarətdir. Köhnə, 280 nəfərlik 2 mərtəbəli əsas bina ke&...
© Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi