Nailiyyətlərimiz

Şagirdimiz qrant müsabiqəsinin qalibi oldu30 oktyabr 2019-cu il tarixində 6b sinif şagirdimiz Şəfiyeva Sehri Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsi çərçivəsində “Region məktəblərində istedadlı şagirdlərin seçilməsi” layihəsinin qalibi olaraq I yerə layiq görülmüş və Fəxri fərmanla təltif olunmuşdur. Şagirdimizi ürəkdən təbrik edir, ona gələcəkdə daha böyük uğurlar arzulayırıq.

MƏKTƏBİMİZİN TARİX MÜƏLLİMİ RESPUBLİKA MÜSABİQƏSİNİN QALİBİ OLUBMəktəbimizin tarix müəllimi Təhsil Nazirliyində "Azərbaycan müəllimi " qəzeti və "Bank of Baku"nun birgə təşkilatçılığı ilə " Azərbaycan Xalq Cümhuriyyəti və təhsil " mövzusunda ümumtəhsil məktəblərinin müəllimləri arasında keçirilən yazı müsabiqəsi qaliblərinin mukafatlandırılması mərasimində iştirak edib. Mərasimdə iştirak edən nazir muavini Firudin Qurbanov və müsabiqə təşkilatçıları tərəfindən qaliblərə diplom ,hədiyyə və pul mükafatları təqdim olunub. Məktəbimizin tarix müəllimi Nüşabə Qiyas qızı Eyvazova "Azərbaycan Xalq Cümhuriyyəti və təhsil " mövzusunda respublika yazı müsabiqəsində l yerə layiq görülüb.

Təhsil sosial mediadaMayın 31-də Təhsil Nazirliyində "Təhsil sosial mediada " layihəsi çərçivəsində təhsil işçilərinin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov iştirak edib. Layihə iştirakçılarından olan məktəbimizin direktoru Laçın Hüseynli "Təhsil sosial mediada" layihəsi çərçivəsində təhsil sahəsində həyata keçirilən islahatyönümlü tədbirlər haqqında ictimaiyyətdə obyektiv rəyin formalaşdırılması, bu sahədə səmərəli fəaliyyətinə görə "Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Təşəkkürnaməsi" ilə təltif olunub. Laçın müəllimə bundan sonrakı fəaliyyətində də uğurlar arzu edirik.

HAQQIMIZDA

Yusif Əliyev adına 195 nömrəli tam orta məktəb 2 (iki) korpusdan ibarətdir. Köhnə, 280 nəfərlik 2 mərtəbəli əsas bina ke&...

BİZİM FƏXRLƏRİMİZ

Zərxanım Nəhmətova Çingiz

Sara Şahsuvarova Elbrus

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi