Nailiyyətlərimiz

"Şahin" hərbi oyunlarının şəhər turu27 aprel 2019 - cu il tarixdə məktəbimizin şahinlər komandası şəhər birinciliyində Qaradağ rayonunu təmsil edib. Təntənəli marş mərasimindən sonra Bakı şəhəri üzrə 14 rayon komandası müxtəlif meyarlar ( Sanitar biliklər,  fiziki hazırlıq, maneələri aşma, çadırların qurulması, sıra hazırlığı, silahın düzgün istifadəsi, düzgün hədəf vurma və sair bacarıqlar)  üzrə öz qüvvələrini sınayıblar. Bir neçə saat davam edən gərgin mübarizədə məktəbimizin komandası " Sanitarların yarışı" üzrə ilk yerin, ümumi nəticələr üzrə isə 8- ci yerə layiq bilinmişdir. Şagirdlərimizə bundan sonrakı yarışlarda uğurlar arzu edirik.

"ŞAHİN HƏRBİ-İDMAN OYUNLARI"NDA BİRİNCİ YERİN QALİBİ OLDUQQaradağ rayonu üzrə məktəblilərarası keçirilən Şahin hərbi-idman oyunlarında məktəbimizin komandası birinci yerə layiq görülmüşdü. Komandamız Qaradağ rayon Gənclər və İdman idarəsi tərəfindən diplomla rəğbətləndirilib. Şagirdlərimizə şəhər mərhələsində uğurlar arzu edirik.

Futbol üzrə birinci yerin qalibi olduq19 mart 2019-cu il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi “Təhsil Respublika İdman Mərkəzinin Uşaq-Gənclər Futbol Məktəbinin “Novruz Bayramı”na həsr olunmuş futbol turnirində məktəbimizin V-VII sinif şagirdlərindən ibarət futbol komandası fəal iştirak edərək I yerin qalibi olmuşdur.

HAQQIMIZDA

Yusif Əliyev adına 195 nömrəli tam orta məktəb 2 (iki) korpusdan ibarətdir. Köhnə, 280 nəfərlik 2 mərtəbəli əsas bina ke&...

BİZİM FƏXRLƏRİMİZ

Elnaz Bəkirova Kamal

Sona Əsədova Səbuhi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi