"Xocalı soyqırımı uşaq yaradıcılığında" rəsm müsabiqəsi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsi barədə  15 fevral 2019 - ci il tarixli F - 98 nömrəli əmrinin icrası ilə əlaqədar məktəbimizdə silsilə tədbirlər davam edir. Belə ki, həmin əmrin icrasını təmin etmək məqsədilə məktəbdaxili müvafiq əmr imzalanmış və "Xocalı soyqırımının iyirmi yeddinci ildönümü" haqqında tədbirlər planı təsdiq edilmişdir. Təsdiq olunmuş tədbirlər planına və məktəbin Fəaliyyət Planının 1.2.27 - ci bəndinə uyğun olaraq "Xocalı soyqırımı uşaq yaradıcılığında" adlı rəsm müsabiqəsi keçirilmişdir. Şagirdlərə əlavə stimul vermək üçün ən yaxşı inşa və rəsm müsabiqəsinin qaliblərinə məktəb rəhbərliyi tərəfindən təşəkkür ediləcək. Qeyd edək ki, hüzn günlərinə həsr olunmuş rəsm, inşa və şeir müsabiqələrinin keçirilməsində əsas məqsəd təhsilalanlarda xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği, ölkəmizin müstəqilliyi uğrunda  mübarizədə canlarını qurban vermiş vətən övladlarını yad etmək və məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi