Bilik günü

15 sentyabr 2025-ci il tarixində məktəbimizdə "Bilik günü" ilə bağlı açılış tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Daha sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla anıldı Tədbirdə məktəbin direktoru Kamalə Əsədovanın çıxış edərək şagirdləri dərs ilinin başlanması münasibəti ilə təbrik etdi, onlara uğurlar arzuladı. Məktəbə yeni qədəm qoymuş körpə fidanlar öz şeir töhfələrini tədbir iştirakçılarına təqdim etdilər. Həmçinnin məktəbimizin müəllimləri də çıxış edərək şagirdləri təbrik etdilər. Sonda ilk zəngin sədaları altında şagirdlər öz sinif otaqlarına daxil oldular.